
Konfiqurasya parametr xidməti
Mobil İnternet xidmətləri, multidemia mesajlaşma xidməti (MMS) Nokia Xpress audio
mesajlaşma və ya uzaqdan idarəli internet serveri sinxronizasiyası kimi bəzi şəbəkə
xidmətlərindən istifadə etmək üçün telefonunuzda düzgün konfiqurasiya parametrləri
olmalıdır. Mövcudluq ilə bağlı ətraflı məlumat üçün xidmət təminatçınızla və ya ən yaxın
rəsmi Nokia distribyutoru ilə əlaqə saxlayın və ya Nokia İnternet saytındakı dəstək
bölməsinə baxın.
Bax "Nokia dəstək" s. 11.
Siz konfiqurasiya mesajı olaraq parametrləri qəbul etdikdə və bu parametrlər avtomatik
olaraq yadda saxlanılıb və aktiv edilmədikdə, Konfiq. parametr. qəbul edildi göstərilir.
Parametrləri saxlamaq üçün Göstər > Saxla seçin. Tələb olunarsa, xidmət
təminatçısının təmin etdiyi PIN kodu daxil edin.