Bax "Proqram yenilənmələri" s. 10.
● Nokia İnternet saytına baxın və ya Nokia Dəstək ilə əlaqə saxlayın.
Bax "Nokia
dəstək" s. 11.
Əgər problem həll olunmasa, təmir üçün yerli Nokia Dəstək məntəqəsi ilə əlaqə
saxlayın. Telefonunuzu təmirə göndərməzdən əvvəl həmişə telefonunuzdakı
məlumatların nüsxəsini çıxardın.
Proqram yenilənmələri
Nokia yeni funksiyalar, geniş imkanlar və ya üstün fəaliyyət təmin edən proqram
yeniliklərini hazırlaya bilər. Siz Nokia Software Updater PC proqramı vasitəsilə bu
yenilikləri tələb edə bilərsiniz. Cihazın proqramını yeniləmək üçün Nokia Software
Updater proqramı və Microsoft Windows 2000, XP və ya Vista əməliyyat sistemi
yüklənmiş kompyuter, İnternet və cihazınızı kompyuterə qoşmaq üçün uyğun kabel
lazımdır.
Ətraflı məlumat əldə etmək və Nokia Software Updater proqramını yükləmək üçün
www.nokia.com/softwareupdate ünvanına və ya yerli Nokia İnternet saytınıza baxın.
Əgər proqram yeniləmələri sizin şəbəkəniz tərəfindən təmin edilirsə, siz həmçinin
yeniləmələri telefonunuz vasitəsilə istəyə bilərsiniz.
Bax "Açıqda olan proqram
yeniləmələri" s. 37.
Ümumi məlumat
© 2008 Nokia. Bütün hüquqlar qorunur
10
Mühüm: Yalnız etibar etdiyiniz və zərərli proqramlara qarşı müvafiq təminat təklif
edən xidmətləri istifadə edin.