Bluetooth simsiz texnologiyası
Bluetooth texnologiyası sizə telefonunuzu radiodalğalardan istifadə edərək uyğun olan
Bluetooth cihazına 10 metrə daxilində (32 fut) qoşmaq imkanı verir.
Bu cihaz aşağıdakı profilləri dəstəkləyən Bluetooth texnologiyasına 2.1 + EDR
uyğundur: SIM giriş, obyekt göndərilməsi, fayl ötürülməsi, dial-up şəbəkə, qulaqlıq,
handsfree, ümumi giriş, seriya portu, ümumi obyekt dəyişdirməsi, qabaqcıl audio
paylaşma, audio video uzaqdan idarəetmə və ümumi audio/video paylaşma . Bluetooth
texnologiyasını dəstəkləyən digər cihazlarla qarşılıqlı əlaqəni təmin etmək üçün Nokia
tərəfindən bu cihaz üçün təsdiq edilmiş aksessuarlardan istifadə edin. Digər qurğuların
bu qurğuya uyğun olması və ya olmamasını müəyyən etmək üçün həmin qurğuların
istehsalçıları ilə əlaqə saxlayın.
Bluetooth texnologiyasından istifadə edən funksiyalar batareyadan istifadəni artırır və
batareyanın ömrünü azaldır.
Bluetooth əlaqəsini quraşdırmaq
Seçin Menyu > Parametrlər > Bağlantı > Bluetooth və aşağıdakıları edin:
Zəng qeydiyyatı
© 2008 Nokia. Bütün hüquqlar qorunur
30
1. Seçin Telefonumun adı və telefonunuz üçün adı daxil edin.
2. Bluetooth əlaqəsini aktivləşdirmək üçün seçin Bluetooth > Yansın. göstərir ki,
Bluetooth əlaqəsi aktivdir.
3. Telefonunuzu audio aksessuara qoşmaq üçün Audio aksessuara qoş və qoşulmaq
istədiyiniz cihazı seçin.
4. Telefonunuzu məsafədə olan istənilən Bluetooth cihazı ilə cütləşdirmək üçün seçin
Cütlənmiş qurğular > Yeni qurğu əlav.et.
Tapılmış cihaz üzərinə keçin və Əlavə et seçin.
Telefonunuza parol daxil edin (16 işarəyə qədər) və digər Bluetooth cihazında
əlaqəyə icazə verin.
Təhlükəsizlik barədə narahatsınızsa, Bluetooth funksiyasını söndürün yaxud Telefon.
görsənməsi parametrini Gizlidir edin. Bluetooth əlaqəsini yalnız etibar etdiyiniz
şəxslərdən qəbul edin.
İnternetə kompyuter ilə qoşulması
PC Suite proqram təminatı olmadan uyğun kompyuterinizi İnternetə qoşmaq üçün
Bluetooth texnologiyasından istifadə edin. Telefonunuz İnternet girişini dəstəkləyən
xidmət təminatçısını aktiv etməlidir və kompyuteriniz Bluetooth texnologiyasını
dəstəkləməlidir. Telefonda şəbəkə giriş nöqtəsi (NAP) xidmətinə qoşulduqda və
kompyuteriniz ilə cütləşdikdə telefonunuz avtomatik olaraq İnternet ilə paket
məlumatının bağlantısını açır.