Aksessuarlar
Xəbərdarlıq: Yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyaları istifadə edin və
batareyanızın doldurulması üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu telefon üçün
nəzərdə tutulmuş batareyaları, batareya dolduran qurğuları və aksesuarları istifadə
edin. Digər növün istifadəsi cihaza tətbiq edilən hər hansı təsdiq və zəmanətin də
qüvvədən düşməsinə səbəb və təhlükəli ola bilər.
Təsdiq edilmiş aksesuarların mövcudluğu, qiymətlər və tariflər haqqında məlumat
almaq üçün xidmət provayderinizlə əlaqə saxlayın. Hər hansı aksesuarın güc şnurunu
ayırarkən, şnurdan deyil ştepseldən tutub çəkin.