Batareya və adapter barədə məlumat
Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir. Bu cihazda istifadə
olunması nəzərdə tutulan batareya BL-5BT. Bu cihaz üçün aşağıdakı adapterlər
nəzərdə tutulmuşdur: AC-3. Batareya yüzlərlə dəfə doldurula və boşaldıla bilər lakin
vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə rejimlərinin vaxtı normal
vaxtdan qısadırsa batareyanı dəyişin. Yalnız Nokia tərəfindən təsdiq edilmiş
batareyaları istifadə edin və batareyanızın doldurulması üçün yalnız Nokia tərəfindən
təsdiq edilmiş bu telefon üçün nəzərdə tutulmuş batareya dolduran qurğuları istifadə
edin. Təsdiq edilməyən batareya və ya adapterin istifadəsi yanğın, partlayış, sızma və
ya digər təhlükələr yarada bilər.
Adapter modelinin dəqiq nömrəsi elektrik birləşdiricisinin növündən asılı olaraq müxtəlif
ola bilər. Elektrik birləşdiricisinin variantı aşağıdakılardan birinə görə təyin edilir: E, EB,
X, AR, U, A, C və ya UB.
Batareya ilk dəfə istifadə edilərkən və ya batareya uzun müddət istifadə edilmədikdə
enerji qurğusunu cihaza birləşdirmək, sonra ayırmaq və batareyanın doldurulmasının
başlanması üçün təkrar birləşdirmək tələb oluna bilər. Batareya tam boşaldıqda
ekranda batareyanın doldurulması indikatorunun peyda olması və ya zəng edilməsi
üçün bir neçə dəqiqə tələb oluna bilər.
Batareyanı çıxararkən həmişə cihazı söndürün və enerjı qurğusundan ayırın.
Adapter istifadə edilmədikdə, onu elektrik rozetkadan və telefondan ayırın. Tam
doldurulmuş batareyanı dolduran qurğuya birləşmiş saxlamayın, çünki normadan artıq
batareyanın doldurulması onun istehlak müddətini qısalda bilər. İstifadə edilmədikdə
tam doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.
Həmişə batareyanı 15°C və 25°C (59°F və 77°F) dərəcə arasında saxlamağa çalışın.
Kəskin temperaturlar batareyanın fəaliyyətini və ömrünü azaldır. Batareyası isti və ya
soyuq olan cihaz qaydasında işləməyə bilər. Batareyanın iş keyfiyyəti donma
nöqtəsindən aşağıda olan dərəcələrdə xüsusilə məhdud olur.
Batareyanın qısa qapanmasına yol verməyin. Təsadüfi qısa qapanma dəmir pul, sıxac,
və ya qələm kimi metal əşyalar birbaşa batareyanın müsbət (+) və mənfi (-) terminalları
© 2008 Nokia. Bütün hüquqlar qorunur
52
ilə əlaqədə olduqda baş verə bilər. (Bu batareyanın üzərində metal zolaqlar kimi
görsənir.) Bu, misal üçün, ehtiyat batareyasını cibinizdə və ya pul kisəsində gəzdirdikdə
baş verə bilər. Terminalların qısa qapanması batareyaya və ya əlaqədə olan əşyaya
zərər verə bilər.
Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Batareyalar
zədələndikdə də partlayışa səbəb ola bilər. Batareyaları yerli qaydalara müvafiq olaraq
məhv edin. Mümkün olduqda batareyanı başqa məqsəd üçün istifadə edin. Ev tullantısı
kimi atmayın.
Batareyaları sökməyin, kəsməyin, açmayın, vurmayın, deformasiya etməyin, əyməyin,
deşməyin və s. Əgər batareyadan maye axsa, bu surətdə mayenin dəri, və gözlərinizə
dəyməsinə imkan verməyin. Bu baş verdiyi halda isə dəri, və ya gözlərinizi dərhal su
ilə yuyun, ya da tibbi yardım axtarın.
Batareyaya kənar əşyaları daxil etməyin, batareyanı təmir etməyin, suya və ya digər
mayelərə salmayın.
Batareyanın düzgün istifadə edilməməsi yanğın, partlayış və ya digər təhlükələrə
səbəb ola bilər. Əgər cihaz və ya batareya sərt yerə düşsə və siz batareyanın
zədələndiyinə əmin olsanız, istifadə etmədən onu servis mərkəzinə apararaq yoxladın.
Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə edin. Heç vaxt zədələnmiş batareya
və ya batareyanı dolduran qurğu istifadə etməyin. Onları kiçik uşaqların əli çatmadığı
yerdə saxlayın.