Klaviatura kilidi
Təsadüfi düymə basılmalarının qarşısını almaq üçün Menyu seçin və 3,5 saniyə
ərzində * basın.
Klaviaturanın kilidini açmaq üçün Kilidi aç seçin və 1,5 saniyə müddətində * sıxın. Tələb
edilərsə, kilid kodunu daxil edin.
Klaviatura kilidli olduqda zəngə cavab vermək üçün zəng düyməsini basın. Siz zəngi
bitirdikdə və ya rədd etdikdə klaviatura avtomatik kilidlənir.
Sonrakı xüsusiyyətlər Avtomatik klav. kilidi və Təhlük. klav. kilidi dir.
Bax
"Telefon" s. 35.
Cihaz və ya klaviatura kilidləndikdə siz cihazınızda proqramlaşdırılmış rəsmi təcili
yardım nömrələrinə zəng vura bilərsiniz.