microSD kartı daxil edin
Yalnız Nokia tərəfindən təsdiqlənmiş bu cihaz üçün uyğun olan microSD kartları
istifadə edin. Nokia yaddaş kartları üçün təsdiqlənmiş sənaye standartlarından istifadə
edir, amma bəzi kart modelləri bu cihaza tam uyğun olmaya da bilər. Uyğun olmayan
yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda
saxlanılan məlumat pozula bilər.
Telefonunuz 8 GB-a qədər microSD kartlarını dəstəkləyir.
1. Arxa qapağı açın.
2. Kartı yaddaş kartı yerinə kontakt yerləri üzüaşağı
olmaq şərtilə daxil edin və yerinə tutana qədər basın.
3. Arxa qapağı yerinə taxın.