Uçuş rejimi
Bütün radio tezliyi funksiyalarını söndürmək üçün təyyarə və ya xəstəxana kimi radioya
qarşı həssas mühitlərdə uçuş rejimindən istifadə edin. Buna baxmayaraq offlayn
oyunlara, təqvim və telefon nömrələrinə daxil ola bilərsiniz. Uçuş rejimi aktiv olduqda,
göstərilir.
Uçuş rejimini aktiv etmək və ya qurmaq üçün, Menyu > Parametrlər > Rejimlər >
Uçuş > Aktivləşdir və ya Şəxsiləşdir seçin
Uçuş rejimini söndürmək üçün, hər hansı digər profaylı seçin.
Uçuş rejimində təcili zəngin edilməsi
Təcili yardım nömrəsini daxil edin, zəng düyməsini basın və Uçuş profilindən
çıxılsın? göstərildikdə Bəli seçin.
Cihazın işə salınması
© 2008 Nokia. Bütün hüquqlar qorunur
19
Xəbərdarlıq: Cihaz uçuş rejimində olduqda siz zəng edə və ya zəngi qəbul edə
və ya şəbəkə əhatəsini tələb edən digər elementləri istifadə edə bilməzsiniz. Zəng
etmək üçün siz əvvəl telefonu işə salmaq üçün həmin profilləri dəyişdirməlisiniz. Cihaz
kilidləndikdə kilid kodunu daxil edin. Əgər telefon kilidləndikdə və uçuş rejimində
olduqda təcili yardım nömrələrinə zəng vurmaq tələb olunursa cihazınızın kilid kodu
sahəsində proqramlaşdırılmış təcili yardım nömrələrini daxil edə və Zəng funksiyasını
seçə bilərsiniz. Cihaz təsdiq edəcək ki, təcili yardım nömrəsinin yığılması üçün siz cari
rejimdən çıxırsınız.