Nokia 7510 Supernova - İnternet

background image

16. İnternet

Telefonunuzun brauzeri vasitəsilə müxtəlif İnternet xidmətlərinə giriş əldə edə

bilərsiniz. İnternet səhifələrin görünüşü ekran ölçüsündən asılı olaraq fərqlənə bilər.

Ola bilər ki, İnternet səhifələrində bəzi təfsilatları görə bilməyəcəksiniz.

Mühüm: Yalnız etibar etdiyiniz və zərərli proqramlara qarşı müvafiq təminat təklif

edən xidmətləri istifadə edin.
Bu xidmətlərin, tariflərinin və təlimatların mövcudluquna dair məlumat üçün xidmət

təminatçınızla əlaqə saxlayın.
İnternet səhifələrinin nəzərdən keçirilməsi üçün tələb olunan konfiqurasiya

parametrlərini siz xidmət təminatçınızdan konfiqurasiya mesajı kimi ala bilərsiniz.
Xidməti quraşdırmaq üçün Menyu > İnternet > Veb parametrləri > Konfiq.

parametr., konfiqurasiyanı və hesabı seçin.

İnternet

© 2008 Nokia. Bütün hüquqlar qorunur

49