Brauzer təhlükəsizliyi
Bank xidmətləri və ya internet bazarlıq kimi xidmətlər üçün təhlükəsizlik funksiyaları
tələb oluna bilər. Belə qoşulmalar üçün təhlükəsizlik sertifikatları və SIM kartda olan
təhlükəsizlik modulu lazımdır. Ətraflı məlumat üçün xidmət təminatçınızla əlaqə
saxlayın .
Təhlükəsizlik modulu parametrlərinə baxmaq və ya onları dəyişdirmək üçün və ya
telefona yüklənmiş icazələr və ya istifadəçi sertifikatlarına baxmaq üçün Menyu >
Parametrlər > Təhlükə/-sizlik > Təhl. modulu prmtr., İcazə sertifikatları, və İstif.
sertifikatları seçin.
Mühüm: Sertifikatların istifadəsi uzaq məsafəli birləşmələrdə və proqramların
yüklənməsində yaranan riskləri əhəmiyyətli dərəcədə azaltmasına baxmayaraq, bu
sertifikatlar təkmilləşdirilmiş təhlükəsizlikdən daha çox faydalanmaq üçün düzgün
istifadə edilməlidir. Sertifikatın mövcudluğu özü-özlüyündə qorunmanı təmin etmir;
sertifikatı idarə edən proqramda daha təkmilləşdirilmiş təhlükəsizlik üçün düzgün,
orijinal və ye etibarlı sertifikatlar olmalıdır. Sertifikatlar məhdud istifadə müddətinə
malikdir. Əgər sertifikatınız qüvvədə olduğu zaman "Sertifikatın vaxtı keçib və ya
Sertifikat qüvvədə deyil" ifadələri göstərilirsə, cihazınızda qurulmuş tarixin və vaxtın
düzgün olmasını yoxlayın.