Əlaqələri idarə et
Kontaktlar üçün yaddaşı seçin
Sizin telefon kontaktları müxtəlif telefon nömrələri və mətn elementləri kimi əlavə
təfsilatlarla birgə saxlaya bilər. Məhdud sayda kontakt üçün siz həmçinin təsvir, ton
yaxud video klip saxlaya bilərsiniz.
SIM kard yaddaşı adları onlara birləşmiş bir telefon nömrəsi ilə saxlaya bilər. SIM kard
yaddaşında saxlanılmış kontaktlar
işarəsilə göstərilir.
Menyu > Kontaktlar > Parametrlər > İstif. olan yaddaş seçin. Telefon və SIM
seçdikdə, kontaktlar telefon yaddaşında saxlanacaq.
Adları və nömrələri yadda saxlayın
Adı və telefon nömrəsini yaddaşda saxlamaq üçün seçin Menyu > Kontaktlar >
Yenisini əlavə et > Yeni kont. əl. et.
Saxladığınız ilk nömrə avtomatik olaraq standart nömrə kimi qurulur və nömrə növü
indikatorunun ətrafında çərçivə ilə göstərilir (məsələn, ). Kontaktlardan ad seçdikdə
(məsələn, zəng etmək üçün), başqa nömrə seçmədiyiniz təqdirdə standart nömrə
istifadə edilir.
Əlaqəni axtar
Menyu > Kontaktlar > Adlar seçin və kontaktlar siyahısını nəzərdən keçirin yaxud
kontakt adının ilk simvollarını daxil edin.
Kontaktlar
© 2008 Nokia. Bütün hüquqlar qorunur
28
Ətraflı məlumatları əlavə və redaktə et
Kontakta təfsilat əlavə etmək yaxud onu dəyişdirmək üçün kontaktı və mövcud
seçimlərdən Detallar > Seçimlər > Detal əlavə et seçin.
Kontaktların nüsxələrini çıxartmaq yaxud onları köçürmək
1. Nüsxəsini çıxartmaqa yaxud köçürməyə birinci kontaktı və Seçimlər > İşarələ
seçin.
2. Digər kontaktları işarələyin və Seçimlər > Kopyalanacaqlar yaxud İşarəliləri
köçür seçin.
Bütün kontaktların nüsxələrini çıxartmaq yaxud onları köçürmək
Seçin Menyu > Kontaktlar > Kontakt. kopyala yaxud Kontaktlar köçür..
Əlaqələri sil
Kontaktı və Seçimlər > Kontaktı sil seçin.
Bütün kontaktları silmək üçün Menyu > Kontaktlar > Bütün əlaqəni sil > Tel.
yaddaşından yaxud SIM kartdan seçin.
Nömrəni, mətn elementini yaxud kontakta əlavə edilmiş təsviri silmək üçün kontaktı
axtarın və seçin Detallar. İstədiyiniz təfsilata tərəf diyirləyin, Seçimlər > Sil və mövcud
olan seçimlərdən seçin.
Əlaqə qrupu yarat
Kontaktları fərqli zəng tonları və qrup təsvirləri ilə zəngedənlər qrupları üzrə nizamlayın.
1. Menyu > Kontaktlar > Qruplar seçin.
2. Yeni qrupu yaratmaq üçün Əlavə et yaxud Seçimlər > Yeni qrup əlavə et seçin.
3. Qrupa əlavə etmək istəyirsinizsə qrupun adını daxil edin və şəkil və zəng melodiyası
və Saxla seçin.
4. Kontaktları qrupa əlavə etmək üçün qrupu və Göstər > Əlavə et seçin.