Radio
FM radiosu simsiz cihazın antenasından fərqli olan antenadan asılıdır. Düzgün
işləməsi üçün cihaza uyğun qulaqlıq və ya FM radiosu üçün tələb olunan aksesuar
qoşulmalıdır.
Xəbərdarlıq: Musiqiyə orta səs dərəcəsində qulaq asın. Davamlı yüksək səs
dərəcəsində qulaq asmaq sizin eşitmə qabiliyyətinizə mənfi təsir edə bilər. Mikrofon
istifadə edildikdə cihazı qulağınıza yaxın tutmayın, çünki səs dərəcəsi çox yüksək ola
bilər.
Menyu > Medya > Radio seçin.
Səs səviyyəsini tənzimləmək üçün telefonun səs düymələrini basın.
Ekrandakı qrafik düymələrdən istifadə etmək üçün yuxarı, aşağı, sola və ya sağa
diyirləyin.
Radionu söndürmək üçün tamamlama düyməsini basıb saxlayın.