Mətn mesajları
Cihazınız bir mesaj həddindən əlavə mətn mesajlarını dəstəkləyir. Uzun mesajlar iki
və daha çox mesaj kimi göndərilir. Sizin xidmət provayderiniz sizdən müvafiq ödəniş
tələb edə bilər. Vurğu və digər işarələri istifadə edən simvollar və bəzi dildən olan
simvollar daha çox yer tutduğu üçün bir mesaj çərçivəsində göndərilən simvolların
sayını məhdudlaşdırır.
Ekranın yuxarısında olan indikator qalan işarələrin ümumi sayını və göndərilmə üçün
lazım olan mesajların sayını göstərir.
Hər hansı mətn mesajı, SMS və ya e-mail göndərməzdən əvvəl mesaj mərkəzi
nömrəsini yaddaşda saxlamalısınız. Menyu > Mesajlar > Mesaj prmtrləri > Mətn
mesajları > Mesaj mərkəzləri > Mərkəz əlavə et seçin, xidmət təminatçısından adı
və nömrəni daxil edin.