Maps və GPS
Maps proqramını dəstəkləmək üçün qlobal yer təyini sistemindən (GPS) istifadə edə
bilərsiniz. Yerinizi tapın və ya məsafə və koordinatları ölçün.
Telefonunuzda GPS funksiyasından istifadə etmək üçün Bluetooth simsiz
texnologiyasından istifadə edərək telefonunuza müvafiq xarici GPS qəbuledicisi
qoşmalısınız. Ətraflı məlumat üçün GPS cihazınızın istifadəçi təlimatlarına baxın.
Bluetooth GPS-i telefonunuza qoşduqdan sonra, telefonunuzun hazırkı yerinizi
göstərməsi bir neçə dəqiqə çəkə bilər. Sonrakı bağlantılar daha sürətli olmalıdır, lakin
GPS-i bir neçə gün istifadə etməsəniz və ya istifadə etdiyiniz son yerdən çox uzaqda
olsanız, yerinizin aşkar edilməsi və göstərilməsi bir neçə dəqiqə çəkə bilər.
GPS sistemi (Naviqasiya və yerin müəyyən edilməsi üzrə Qlobal Sistem) - bu sistemin
dəqiqliyi və saxlanılması üzrə yeganə məsul olan Birləşmiş Ştatlar Höküməti tərəfindən
idarə edilir. Yerləşdirmə ilə bağlı məlumatın dəqiqliyi ABŞ höküməti tərəfindən GPS-ə
quraşdırılan peyklərdən asılıdır və ABŞ Müdafiə Departamentinin mülki GPS
Orqanayzer
© 2008 Nokia. Bütün hüquqlar qorunur
46
strategiyasına və Federal Radionaviqasiya Planına uyğun olaraq dəyişdirilə bilər.
Dəqiqliyə həmçinin zəif peyk həndəsəsi də təsir edə bilər. GPS siqnallarının
mövcudluğu və keyfiyyəti binalardan və təbii müdaxilələrdən, həmçinin hava
şəraitindən asılı ola bilər. GPS qəbuledicisi GPS siqnallarının qəbul edilməsi üçün
yalnız bayırda istifadə edilməlidir.
GPS yerin dəqiq ölçülməsi üçün istifadə edilməməlidir və siz yerləşdirmə məlumatı ilə
bağlı GPS qəbuledicisi və mobil radio şəbəkəsindən alınan məlumata etibar
etməməlisiniz.