Xəritələri yükləyin
Telefonunuzun daxilində yaddaş kartına əvvəlcədən quraşdırılmış xəritələr mövcud ola
bilər. Nokia Map Loader proqram təminatından istifadə edərək İnternet vasitəsilə yeni
xəritələrin dəstini yükləyə bilərsiniz.
Nokia Map Loader
Nokia Map Loader proqramını kompyuterinizə yükləmək və ətraflı təlimatlar üçün bax
www.maps.nokia.com.
Yeni xəritələri ilk dəfə yükləmədən əvvəl yaddaş kartının telefonunuzun daxilində
olduqunu yoxlayın.
İlkin konfiqurasiyanı həyata keçirmək üçün Menyu > Gündəlik > Xəritələr seçin.
Yaddaş kartınızda xəritələrin seçimini dəyişmək üçün Nokia Map Loader-dan istifadə
edərək yaddaş kartında bütün xəritələri silin və bütün xəritələrin eyni buraxılışdan
olduqunu təmin etmək üçün yeni seçimi yükləyin.
Şəbəkə xəritəsi xidməti
Siz telefonunuzu lazım olduqda telefonunuzda olmayan xəritələri avtomatik olaraq
yükləməsinə qura bilərsiniz.
Menyu > Gündəlik > Xəritələr > Parametrlər > Şəbəkə parametrləri > Şbkdən ist.
icazə ver > Bəli yaxud Ev şəbəkəsində seçin.
Xəritələrin avtomatik yüklənilməsinin qarşısını almaq üçün seçin Xeyr.
Xəritələrin yükləməsi zamanı xidmət provayderinizin şəbəkəsi ilə böyük həcmdə
məlumat ötürülməsi ola bilər. Məlumatın göndərilmə hesabı ilə bağlı məlumat almaq
üçün xidmət təminatçınızla əlaqə saxlayın.