Açıqda olan proqram yeniləmələri
Xidmət təminatçınız telefon proqramı yeniləmələrini hava ilə birbaşa telefonunuza
göndərə bilər (şəbəkə xidməti). Bu seçim telefonunuzdan asılı olaraq mövcuddur.
Proqram yeniliklərinin yükləməsi zamanı xidmət provayderinizin şəbəkəsi ilə böyük
həcmdə məlumat ötürülməsi ola bilər. Məlumatın göndərilmə hesabı ilə bağlı məlumat
almaq üçün xidmət təminatçınızla əlaqə saxlayın.
Batareyanın kifayət qədər dolu olduğuna əmin olun və ya yeniləməyə başlamazdan
əvvəl adapteri qoşun.
Xəbərdarlıq: Əgər siz yeniləşdirmə proqramını yükləsəniz, yükləmə prosesi
bitənə qədər və cihaz yenidən işə düşənə qədər cihazdan istifadə edə bilməyəcəksiniz
və hətta təcili yardım zənglərini də etmək mümkün olmayacaq. Yeniləşdirmə
proqramının yüklənməsini qəbul etməzdən qabaq məlumatın yükləndiyindən əmin
olun.
Proqram yeniləmə parametrləri
Bu seçim telefonunuzdan asılı olaraq mövcuddur.
Proqram və konfiqurasiya yeniləmələrinə icazə vermək və ya verməmək üçün
Menyu > Parametrlər > Konfiqurasiya > Qurğu menecer prm. > Ser. təm. rədd
edilib seçin.
Proqram yeniləmə müraciəti et
1. Xidmət təminatçınızdan mövcud proqram yeniləmələrini tələb etmək üçün Menyu >
Parametrlər > Telefon > Telefon yenilikləri seçin.
2. Hazırkı proqram versiyasını göstərmək və yeniləmənin lazım olub-olmadığını
yoxlamaq üçün Cari proqr. detal. seçin.
3. Proqram yeniləməsini yükləmək və qurmaq üçün Tel. proqram yüklə seçin.
Ekrandakı təlimatlara əməl edin.
4. Yükləmədən sonra quraşdırma ləğv edilsə, quraşdırmanı başlamaq üçün Proq.
yeniləmə. qur seçin.
Proqram yeniləməsi bir neçə dəqiqə çəkə bilər. Quraşdırma ilə bağlı problemlər varsa,
xidmət təminatçınızla əlaqə saxlayın.
Parametrlər
© 2008 Nokia. Bütün hüquqlar qorunur
37