Səs ilə yığım
Kontaktlarda saxlanan adı söyləyərək zəng edin.
Səs əmrləri dildən asılı olduğuna görə səs ilə yığımdan əvvəl Menyu > Parametrlər >
Telefon > Dil parametrləri > Telefonun dili və öz dilinizi seçməlisiniz.
Qeyd: Səs elementlərinin səs-küylü şəraitdə və təcili yardım tələb edən hadisə
zamanı istifadəsi çətinləşə bilər, bu səbəblə bütün hallarda yalnız səslə nömrənin
yığılmasına etibar etməməlisiniz.
1. Gözləmə rejimində sağ seçim düyməsini basıb saxlayın. Qısa melodiya səslənir və
Tondan sonra danışın əks olunur.
2. Yığmaq istədiyiniz kontaktın adını söyləyin. Səs ilə tanıma uğurlu olsa, bütün
uyğunluqların siyahısı göstərilir. Telefon siyahıdakı ilk uyğunluqun səs əmrini
səsləndirir. Əgər bu düzgün əmr deyilsə, diyirləyərək digər qeydə keçin.